DTX tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun maral saxladığı məlum olub.
Qaynarinfo Real TV-yə istinadən xəbər verir ki, A.Məmmədov başçı təyin edildikdən bir qədər sonra bu təsərrüfatı yaradıb. Sabiq başçı rayonda maral sevgisi ilə tanınıb.
Hazırda Kür qəsəbəsində yerləşən təsərrüfatda 30-dan çox maral saxlanılır. Əvvəllər maralların sayının daha çox olduğu bildirilir.
Alimpaşa Məmmədov maral təsərrüfatını da əvvəllər camış ferması olan obyekti mənimsəməklə həyata keçirib.
<iframe src="https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Frealtvxeber%2Fvideos%2F544515550255130%2F&show_text=false&width=560" width="560" height="314" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowfullscreen="true" allow="autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share">