Xəbər lenti

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Ekonomiks16:46 23.10.2025

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır.
Qaynarinfo xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Hazırda içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının, konyak və konyak materiallarının hər litrinə 4,8 manat aksiz dərəcəsi tətbiq olunur.
Layihəyə əsasən, bu məhsullar üçün aksiz dərəcəsi 5 manata qaldırılır.