Xəbər lenti

Almaniya Bundestaqının qətnaməsi hansı problemlər yaradacaq? - Erkin Qədirlidən şərh
Siyasət12:35 02.06.2016

Almaniya Bundestaqının qətnaməsi hansı problemlər yaradacaq? - Erkin Qədirlidən şərh

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Almaniya Bundestaqının "erməni soyqrımı" qətnaməsini qəbul etməsi başqa problemlərə yol açacaq".

Bu sözləri Qaynarinfo.az-a açıqlamasında REAL İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməni qəbul etməsinə münasibət bildirərkən deyib.

Erkin Qədirlinin fikrincə, bu qətnamənin ideoloji və psixoloji təsirləri olacaq: "Amma hüquqi baxımdan təsirsiz bir sənəddir. Çünki bu qanun deyil, qətnamədir. Qətnamənin ömrü isə parlamentin səlahiyyət müddəti qədərdir. Parlamentin səlahiyəti bitikdən sonra, qətnamə qüvvədən düşəcək. Növbəti parlament yenisini qəbul etməlidir. Ancaq bu qətnamənin qalıcı olması üçün qanun qəbul edilməlidir. Nə qədər ki, qanun deyil, bu sənədin hüquqi qüvvəsi olmayacaq. Ancaq bu qətnamə ictimai rəydə problemlər yarada bilər. Almaniya, Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək. Yəqin ki, Türkiyədən də buna sərt cavab gələcək. Eyni zamanda Almaniya kansleri və ya xarici işlər naziri qətnamənin parlament qərarı olduğunu və hökmətə təsir etməyəcəyini deyəcək. Hökümətin xarici siyasətinin dəyişməz qaldığını bildirəcək. Bu tipli bəyanatlar veriləcək".

Almaniya Bundestaqı

"Qətnamənin qəbulu Türkiyədən, Berlinə olan miqrant axınını daha da sürətləndirə bilərmi" sualına isə Erkin Qədirli bu məsələni bir-biri ilə əlaqələndirməyin doğru olmadığını bildirib.

Onun sözlərinə görə, Avropaya artıq Suriyadan deyil, Malaziyadan, Afrikadan qaçıb gələnlərin sayı durmadan artır: "Bu Türkiyənin tək başına həll edə biləcəyi bir problem deyil. Nə qədər Türkiyəyə pul da versələr, təhlükəsizlik tədbiri də görsələr, bu problemin həcmi böyüyüb. Ona görə də bu iki məsələni bir-birilə əlaqələndirmək olmaz. Avropa Birliyi və Almaniya bu məslədə Türkiyə ilə işləməyə davam edəcək. Prinsip etibarilə bu tendensiya xoşagələn hal deyil. Qətnamənin qəbulu başqa problemlərə yol açacaq".

Erkin Qədirlinin qeyd edib ki, Türkiyənin xarici siyasəti eks baş nazir Əhməd Davudoğlunun "Strateji dərinlik" ideyası üzərində qurulmuşdu: "Bu ideyanın qeyri-rəsmi adı Neoosmanizmdir. Yəni, ifadənin açlımı qonşularla sıfır problem deməkdir. Amma nəticəsi tam fərqli oldu. Türkiyənin bütün qonşularla problemi yarandı. Balkanlarda gərginlik, Orta Doğuda savaş, Qafqazda həll olunmamış münaqişələr, Qara dənizdə gərginlik, Ukraynada Rusiya işğalı, daxili savaş və s. problemləri göstərmək olar. 

Türkiyənin özündən də asılı olmadan, qonşularında əlavə problemlər çıxdı. Bu baxımdan, hər şey də Türkiyəni günahlandırmaq olmaz. Başqa səbəblər də oldu. Əvvəlki dünyəvi hökümətlər daha çox Türkiyə ilə bağlantı qurmağa çalışırdılarsa, amma indi elə deyil. Türkiyə siyasəti dəyişdi və xarici siyasətini Osmanlı imperiyasının coğrafiyasına qaytardı. Əhməd Davudoğlunun baş nazir postundan istefa verməsini də, bu siyasətin uğursuzluğu kimi görmək olar. Bundan sonra Rəcəb Tayyib Ərdoğannın hansı siyasət yürüdəcəyini demək çətindir. Amma güman ki, bir sıra dəyişiliklər edəcək".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.az