Xəbər lenti

Almaniya parlamenti Azərbaycanda insan haqlarını müzakirə edir
Siyasət11:00 11.05.2015

Almaniya parlamenti Azərbaycanda insan haqlarını müzakirə edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Almaniya parlamentində (Bundestaq) Azərbaycanda insan haqları və söz azadlığının durumu müzakirə edilir. 
Müzakirə Yaşıllar Partiyasının təqdim etdiyi qətnamə layihəsi ətrafında gedir. Qətnamə layihəsində Azərbaycanda insan haqlarının vəziyyətini əks etdirən maddələr yer alıb.
Azərbaycanda siyasi dustaqlar, insan haqları fəallarının təqib edilməsi, siyasi hüquqların boğulması faktları sənəddə geniş şəkildə əksini tapıb.
Qətnamənin 21-ci bəndində “Azadlıq” qəzetinə qarşı basqılardan söhbət gedir. Bu bənddə deyilir: “Federal hökumət nəzərə almalıdır ki, müxalif qəzet olan “Azadlıq” 2011-2013-cü illərdən başlayaraq diffamasiya qanunundakı normativ məhdudiyyətlər üzündən çoxsaylı təqiblərə məruz qalmaqdadır. Bu qəzetin küçə və metro satışı üzərində qadağalar qyulub, qəzetin satışından gələn pullar verilmr, nəşriyyata yaranan borclara görə qəzet tez-tez nəşrini dayandırmağa məcbur olur”.
Bundan başqa, qətnamədə “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilovun, eləcə də “Azərbaycan saatı” proqramındakı fəaliyyətinə görə jurnalist Seymur Həzinin həbsi barədə də narahatlıqlar federal hökumətin nəzərinə çatdırılır.
Qaynar.info