Xəbər lenti

Almaniya Rusiya qazı üçün alternativ tapdı: uzunmüddətli razılığa gəlindi
Ekonomiks16:43 21.03.2022

Almaniya Rusiya qazı üçün alternativ tapdı: uzunmüddətli razılığa gəlindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Berlinin Rusiya üçün alternativ enerji tədarükçüləri axtarışı fonunda Almaniya Qətərlə mayeləşdirilmiş təbii qazın tədarükünə dair uzunmüddətli müqavilə imzaladığını açıqlayıb.
Qaynarinfo Financial Times-a istinadla xəbər verir ki, Almaniyanın İqtisadiyyat naziri Robert Habek Dohada Fars körfəzinə səfəri çərçivəsində bu razılaşmanın Berlinin Rusiya qazından asılılığını azaldacağını və bunun, hazırda illik qaz təchizatının yarıdan çoxunu təşkil etdiyibi deyib.
O, qazın həcmi və digər tədarük şərtləri barədə ətraflı məlumat verməkdən imtina edib.
İqtisadiyyat Nazirliyi bildirib ki, liderləri Habeki Qətərə səfərdə müşayiət edən ayrı-ayrı alman enerji şirkətləri ərəb dövlətindəki müəssisələrlə müqavilə imzalayacaqlar.
"Bizim bu il hələ də Rusiya qazına ehtiyacımız olacaq, lakin gələcəkdə yox”, - Xabek bildirib.
"Hər şey belə başlayır - ona görə də kimin qulağı var, eşitməyə başlasın", - o, Rusiya prezidenti Vladimir Putinə üstüörtülü müraciətində əlavə edib.
Reuters xəbər verir ki, Qətər verdiyi açıqlamada illərdir Almaniyaya qaz tədarük etməyə çalışdığını, lakin müzakirələrin konkret razılaşmalarla nəticələnmədiyini bildirib.
Qətər, verdiyi açıqlamada, Almaniyanın iki LNG terminalının inkişafını "sürətləndirmək" qərarını alqışlayıb və "ölkələrin müvafiq ticarət strukturlarının Qətərdən Almaniyaya uzunmüddətli LNG tədarükü ilə bağlı müzakirələri davam və inkişaf etdirəcəyini" söyləyib.
Qətərin energetika naziri Saad Şerida Al-Kaabinin verdiyi açıqlamaya görə, Habek ilə görüşdə ən böyük təbii qaz ixracatçılarından biri olan Qətər və Almaniya arasında enerji əlaqələri və əməkdaşlıq, eləcə də onun genişləndirilməsi yolları müzakirə edilib.
Habek qeyd edib ki, Qətərlə razılaşdırılmış tərəfdaşlıq Almaniyada təkcə LNG tədarükü deyil, həm də bərpa olunan enerji mənbələrinin inkişafı, eləcə də enerji səmərəliliyi tədbirləri daxildir, - DW yazır.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Almaniyanın E.ON konserni Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın "Qazprom” şirkətinin Avropadakı ticarət şirkətlərindən yeni həcmdə qaz almağı dayandırıb. Lakin şirkət əmindir ki, Rusiyadan enerji idxalının qəfil dayandırılması E.ON-a zərbə vuracaq.
Alpər