Xəbər lenti

Almaniya və Britaniyadan Xədicə İsmayılla bağlı bəyanat
Siyasət06:58 26.05.2016

Almaniya və Britaniyadan Xədicə İsmayılla bağlı bəyanat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer jurnalist Xədicə İsmayılın həbsdən azad edilməsini alqışlayır.

APA-nın məlumatına görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bildirilir ki, bu yaxşı qərardır və Azərbaycanda fikir azadlığı ilə bağlı vəziyyətin inkişaf etməsi ilə bağlı ümid verir.

Böyük Britaniyanın Avropa naziri Devid Lidinqton da Xədicə İsmayılovanın həbsdən azad edilməsi qərarını alqışlayıb: “Bu ilin martında Azərbaycanda digər tanınmış şəxslərin azad edilməsinin ardınca gələn bu qərar insan haqları sahəsində müsbət addımdır. Birləşmiş Krallıq Azərbaycanı insan haqları ilə bağlı beynəlxalq öhdəliklərini dəstəkləməyə çağırır, insan haqları və demokratiya sahəsində gələcək nailiyyətlər üçün Azərbaycan hökuməti ilə işləməyə hazır olduğunu bəyan edir”.

Qaynarinfo.az