Xəbər lenti

Almaniya XİN rəhbəri Azərbaycanla Ermənistan arasında yeni müharibə haqda
Siyasət15:10 16.05.2016

Almaniya XİN rəhbəri Azərbaycanla Ermənistan arasında yeni müharibə haqda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dağlıq Qarabağda münaqişə nə qədər uzun müddət davam edəcəksə, tərəflər bir o qədər intensiv silahlanacaq, Ermənistan və Azərbaycan arasında müharibə daxil olmaqla yeni eskalasiya riski daha artıq olacaq.
RİA Novosti-nin verdiyi məlumata görə, bunu Vyanada Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
Onun sözlərinə görə, 6 həftə əvvəl təmas xəttindəki qızğın döyüşlər göstərir ki, çoxillik status-kvo uzunmüddətli perspektivdə qənaətbəxş deyil.
Nazir qeyd edib ki, ATƏT münaqişənin nizamlanmasında vacib rol oynayır: "Fikrimizcə, məqsəd təmas xətti üzrə atəşkəs rejimini gücləndirmək, etimadın möhkəmləndirilməsi üzrə tədbirləri razılaşdırmaq və danışıqlar prosesinə başlamaqdır. Bu, müəyyən vaxt tələb edəcək". (apa)
Qaynarinfo.az