
Almaniyanın Ədliyyə naziri Kristin Lambrext hökumətin Almaniya konstitusiyasından "irq" sözünün çıxarılması ehtimalını nəzərdən keçirdiyini deyib.
Qaynarinfoxəbər verir ki, Nazirlər Kabinetindən bunu bugünkü irq anlayışının qəbuledilməz sayılması ilə izah ediblər.
Augsburger-allgemeine.de qeyd edildiyi kimi, Almaniyada heç kimin irqinə görə ayrıseçkiliyə məruz qalmaması qaydası ölkənin nasist ideologiyasından uzaqlaşdığını göstərmək məqsədi daşıyıb. Buna baxmayaraq, yeni şərtlərdə, parlament anlayışına görə, irq anlayışından bəhs edilməsi tez-tez qərəz və irqçi təşviqatla əlaqələndirilir.
Konstitusiyada "irq" sözünün başqa bir terminlə əvəzlənməsi planlaşdırılır.
Alpər