Almaniyanın
şimalında yerləşən Meklenburq-Vestern Pomerania əyalətində yay tətilindən sonra
pandemiya dövründə ilk dəfə olaraq orta məktəblər açılıb.
Qaynarinfo APA-ya istinadən verir ki, Almaniyanın Federal Təhsil Naziri Anja
Karliczek açılamasında deyib ki, məktəblərdə şagirdlərdən maska taxmaq tələb olunacaq.
Qeyd
edilib ki, bu qərar Almaniyanın 16 əyaləti üzrə tədricən qüvvəyə minəcək.
Cümə
axşamı Hamburqda, gələn həftə isə Berlində məktəblərin açılacağı bildirilib.
Leipziq
Universiteti tərəfindən həyata keçirilən tədqiqat zamanı məktəblərin infeksiya
mənbəyi olmadığı nəticəsinə gəlinib.
May və
iyun aylarında Saksoniyada 2600 tələbə və müəllim üzərində aparılan testlərin nəticəsi
də bunu təsdiqləyib.
Qeyd
edək ki, Almaniyada koronavirusa yoluxma hallarının artması səbəbindən hökumət
distant təhsilə keçirilməsilə bağlı qərar vermişdi.
Cons
Hopkins Universitetinin son məlumatına görə, Almaniyada bu günədək 211 mindən
çox koronavirusa yoluxma qeydə alınıb.
Şərhlər