Xəbər lenti

Almaniyada ukraynalı basketbolçunun qətlində şübhəli bilinən şəxs saxlanıldı
Dünya 16:00 12.02.2024

Almaniyada ukraynalı basketbolçunun qətlində şübhəli bilinən şəxs saxlanıldı

Almaniya polisi 17 yaşlı ukraynalı basketbolçu Vladimir Yermakovun qətlində şübhəli bilinən şəxsi saxlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Strana.ua” nəşri Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenkoya istinadən yazıb.

Hadisə Almaniyanın Düsseldorf şəhərində növbəti matç ərəfəsində küçədə baş verib. Naməlum şəxslər idmançıya və onun ART Giants (U-19) gənclər komandasında çıxış edən dostu Artyom Kozaçenkoya hücum ediblər.

Hücum nəticəsində Yermakov bıçaqlandıqdan sonra ölüb, Kozaçenko isə reanimasiyaya yerləşdirilib.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, sağ qalan idmançı Essendəki xəstəxanadadır.

Yermakov Ukraynanın gənclərdən ibarət komandasının (U-16) üzvü kimi 2022-ci ildə Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizə aparıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->