Xəbər lenti

Almaniyadakı diaspor təşkilatlarımız bağlanmaq təhlükəsi ilə üzləşib
Siyasət11:54 29.08.2014

Almaniyadakı diaspor təşkilatlarımız bağlanmaq təhlükəsi ilə üzləşib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evi maliyyə problemlər ilə bağlı bağlanmaq təhlükəsiylə qarşı-qarşıyadır.

Modern.az-ın məlumatına görə, bu barədə Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edək ki, Alman-Azərbaycan Mədəniyyət Evi ötən ilin martından fəaliyyətə başlasa da az vaxt içərisində Avropada çox önəmli tədbirlərə imza atıb. Azərbaycan mədəniyyətinin, incəsənətinin Avropada tanıdılması və orada yaşayan soydaşlarımızın milli mədəni irsimizdən uzaq düşməmələri istiqamətində fəaliyyət göstərib, orada yaşayan soydaşlarımıza hüquqi yardımlar edib.

Bundan başqa xalqımızın haqlı səsini də dünya ictmaiyyətinə və beynəlxalq qurumlara çatdırılması istiqamətində xeyli işlər görən təşkilat yaranmış maliyyə çətinliyinin öhdəsindən gələ bilməməsi ilə bağlı açıqlama yayıb.

Bu diaspor təşkilatı bununla bağlı Avropada yaşayan soydaşlarımıza müraciət edərək bu çətinliyin öhdəsindən birgə gəlmək üçün birlik və dəstək istəyib.

Rəşad Quliyev təcili tədbirlər görülməsə, hazırda yürüdülməkdə olan bir çox layihələrin də yarımçıq qalacağını bildirib.

Qaynar.info