Xəbər lenti

AMEA-nın yeni prezidenti sabah seçiləcək
Ölkə07:25 23.04.2013

AMEA-nın yeni prezidenti sabah seçiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi illik yığıncağı keçiriləcək.

AMEA-dan verilən məlumata görə, iclası AMEA prezidenti Akif Əlizadə açacaq. Daha sonra AMEA Rəyasət Heyətinin akademik katibi Vaqif Fərzəliyev Akademiyanın ötən ilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edəcək.

İclasda daha sonra AMEA prezidenti vəzifəsinə seçki keçiriləcək. AMEA Rəyasət Heyətinin üzvləri də sabahkı iclasda seçiləcək.

Qaynar.info