"Amerika hələ ki, Azərbaycana qarşı mənfi hərəkətdə olmayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Amerikanın yeni formalaşan administrasiyasının Azərbaycana münasibətindən danışarkən deyib. O bildirib ki, Co Bayden ermənipərəstdir və Azərbaycana qarşı mənfi hərəkətləri ola bilər:
"Beyden 907 düzəlişinin müəlliflərindən biridir, üstəlik ermənilərdən də administrasiyaya işə götürüb. Dövlət katibliyinə təsdiq olunan şəxs Azərbaycanın ünvanına hədələyici ifadələr işlədib. Bildirib ki, Ermənistanla münasibətlərdə yola verilmiş hərbi hərəkətlərə görə Azərbaycana hümanitar dəstəyi tamamilə ləvğ edə bilərik. Görünür ki, bu adam Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı haqqında heç nə bilmir, yaxud bilirsə də, ermənipərəstliyini biruzə verir.
Amerika hələ ki, Azərbaycan qarşı mənfi hərəkətdə olmayıb. Ola da bilməz. Tutaq ki, hümanitar yardımı kəsdi. Kəssin, Azərbaycan özü-özünü təmin edən və getdikcə də daxili büdcəsi artan ölkədir”.
Qabil Hüseynli qeyd edib ki, əgər Amerika belə hərəkətlərdə bulunsa, açıq-aşkar bitərəfliyini, neytrallığını pozan ermənipərəst bir ölkə kimi dəyərləndiriləcək:
"Bu da onun imicinə kölgə salan amillərdən biri olacaq”.
Bahar Rüstəmli