Xəbər lenti

Amerika himnini sərxoş oxudu, üzr istədi (VİDEO)
Maqazin 22:40 17.07.2024

Amerika himnini sərxoş oxudu, üzr istədi (VİDEO)

Kantri müğənnisi İnqrid Endress Amerika Böyük Beysbol Liqası (MLB) matçı başlamazdan əvvəl ABŞ himnini sərxoş vəziyyətdə ifa edib.

Qaynarinfo xəbər verir ki, sənətçi daha sonra "Instagram"da ifasını dinləyən pərəstişkarlarından və tərəfdarlarından üzr istəyib. 

"Sizə heç nə deməyəcəyəm, sərxoş idim. Ehtiyacım olan yardımı almaq üçün bu gün reabilitasiya klinikasına gedəcəm", deyə müğənni bildirib.

Tamaşa Arlinqtondakı "Globe Life Field"də baş tutub. Endress Amerika himnini ifa edərkən həddən artıq sərxoş olub. "The Guardian" yazıb ki, internet istifadəçiləri onun çıxışını tarixdə dövlət himninin ən pis ifalarından biri adlandırıblar.

İfaçı İnqrid Endress karyerası ərzində dörd "Grammy" mükafatına namizəd olub. Onun 2020-ci ildə "Lady Like" və 2022-ci ildə "Good Person" adlı iki albomu işıq üzü görüb. 

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->