Xəbər lenti

Amerikalı həmsədr Rusiyanı hədələdi
Siyasət15:11 11.08.2014

Amerikalı həmsədr Rusiyanı hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Rusiyanın artıq öz sərhədləri daxilində böyük problemləri var və o, yeni toqquşmaları qızışdırmalı deyil”.

ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Erməni mətbuatı bunu ABŞ-ın Rusiyaya xəbərdarlığı kimi şərh edib. “Amerikalı diplomat Moskvaya işarə vurur ki o, Qarabağda vəziyyəti gərginləşdirməyə çalışarsa, yeni problemlərlə üzləşəcək və onları həll edə bilməyəcək. Ukraynanı əlində saxlamaq üçün Qafqaza od vuran Moskva hər ikisini itirəcək”, - deyə erməni şərhçi Akop Badalyan bildirib.

Qayunar.info