Supermodel Kristi Brinkliyə dəri xərçəngi diaqnozu qoyulub.
Qaynarinfo xəbər verir ki, model bu barədə "Instagram"da paylaşıb.
70 yaşlı Kristi Brinkli xəstəlikdən təsadüfən xəbər tutduğunu deyib. O, qızı ilə birlikdə müayinə üçün klinikaya gedib. Supermodel özü özünü həkimlərə göstərməyi planlaşdırmamasına baxmayaraq, son vaxtlar onu narahat edən şiş haqqında soruşub.
"Mən heç nə deməyəcəkdim, amma sonda soruşdum ki, həkim tonal kremi tətbiq edərkən hiss etdiyim kiçik nöqtəyə baxa bilərmi? Baxdı və dərhal anladı ki, biopsiya lazımdır!", deyə Brinkli yazıb.
Onun sözlərinə görə, bazal hüceyrə xərçəngi diaqnozu qoyulub və əməliyyat olunub. Supermodel xəstəxanadan fotoları nümayiş etdirib.
Kristi Brinkli pərəstişkarlarına günəş kremi sürməyin vacibliyini xatırladıb. Bundan əlavə, supermodel qeyd edib ki, günəşdən qorunmaq üçün uzunqol və papaq geyinmək lazımdır.
Aydın