Xəbər lenti

Amerikaya köçən Azərbaycanlı müğənni illər sonra üzə çıxdı (VİDEO)
Maqazin14:00 19.01.2024

Amerikaya köçən Azərbaycanlı müğənni illər sonra üzə çıxdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2000-ci illərdə "Sev" mahnısı ilə məşhurlaşan müğənni Şeyla illər sonra efirə çıxıb. 
Bizim.Media xəbər verir ki, ABŞ-a köçən Şeyla videozəng vasitəsi ilə "Sabahın xeyir, Azərbaycan" verilişinin canlı efirinə qoşulub. 
Keçmiş ifaçı "Amazon"da çalışdığını və ailə quraraq 2 övladının olduğunu bildirib: 
"15 ildir ki, Azərbaycandan köçmüşəm. Elə bilirlər, mən rəhmətə getmişəm. Məqsədim məşhurluq olmayıb. 20 yaşım var idi, özümü ifadə etmək istəyəndə mahnı yazdım. Münbit şərait yaradılsaydı, davam edərdim. Ona görə də musiqidən uzaqlaşıb, başqa sənətlə məşğul oldum". 
Qeyd edək ki, sözügedən bəstə bir çox müğənnilər tərəfindən repertuarlarına salınaraq ifa olunub.