Siyasət 12:30 07.02.2024

Şamil Ayrım: Müşahidələrimiz seçkilərin çox şəffaf keçirildiyini deməyə əsas verir

Türkiyədən gələn həmkarlarımla birlikdə indiyədək 10 seçki məntəqəsində olmuşuq. Müşahidə etdik ki, Azərbaycan vətəndaşları çox sərbəst və fəal şəkildə səs verirlər. Seçicilər adlarını siyahıda rahatlıqla tapa bilirlər. Səsvermə kabinələri səliqəli şəkildə düzülüb. Hər kəsin istədiyi namizədə səs verməsi üçün əlverişli şərait yaradılıb.
 
Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri, prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Şamil Ayrım səsləndirib. Türkiyənin millət vəkili qeyd edib ki, müşahidələri seçkilərin çox şəffaf keçirildiyini deməyə əsas verir. "Hər hansı qayda pozuntusuna rast gəlməmişik. İnanırıq ki, seçkilər uğurla keçəcək və Azərbaycan Cənubi Qafqazın parlayan ulduzu olmaqda davam edəcək”, - deyə Şamil Ayrım vurğulayıb.