Xəbər lenti

AMİP-dən “Kölgə Kabineti” açıqlaması - EKSKLÜZİV
Siyasət07:46 09.03.2013

AMİP-dən “Kölgə Kabineti” açıqlaması - EKSKLÜZİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə bir neçə partiyanın, blokun “Kölgə Kabineti”ni yaratmasına münasibət bildirib.

AMİP sədri Qaynar.info-ya açıqlamasında deyib ki, “Kölgə Kabineti”ni yaratmaq hər bir partiyanın hüququdur: “Belə bir kabinet, komanda yalnız müxalifət birləşərsə, real ola bilər. Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları vahid namizəd, ideya ətrafında birləşsəydi, belə bir kabinetə ehtiyac olardı. İndiki halda “Kölgə Kabineti”nin heç bir əhəmiyyəti yoxdur”.

Partiya sədri “Bu cür siyahıların hazırlanması müxalifət düşərgəsinə necə təsir edir?” sualına belə cavab verib: “Bu sualı siyahını hazırlayanlara versəniz yaxşı olar. Biz düşünürük ki, belə siyahıların real hazırlanması müxalifətin birləşməsindən keçir”.

İlkin
Qaynar.info