Xəbər lenti

Amnesty International illik hesabat yayıb
Siyasət07:44 25.02.2015

Amnesty International illik hesabat yayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amnesty International (AI) beynəlxalq hüquq-müdafiə təşkilatı 2014-cü ili milyonlarla insan üçün "fəlakətli" adlandırır, dünyanın hökumətlər və silahlı qrupların münaqişələrinə reaksiyasını "utancverici və səmərəsiz" sayır.

"Dünyada insan haqlarının vəziyyəti" adlı illik hesabatda AI hökumətləri çağırır ki, "vətəndaşların qorunmasının onların gücü xaricində olması təsəvvürünü yaratmağa son qoysunlar", böhranların həllinə yanaşmanı kökündən dəyişsinlər.

Hesabatda deyilir ki, Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi yaraqlıları və Ukrayna ordusu "atəş altında qalan dinc sakinlərə etinasızlıq göstərib". "Tərəflərdən heç biri bu vəhşiliklərə görə cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunmasına meyl göstərməyib," AI bildirib.

Qurum Əfqanıstan və Pakistanda yaraqlıların hücumlarını da pisləyib.

Qaynar.info