Xəbər lenti

Amnistiya Nigar Yaqubluya şamil edilmədi
Ölkə08:55 21.05.2013

Amnistiya Nigar Yaqubluya şamil edilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölümlə nəticələnən avtomobil qəzasında təqsirli bilinərək məhkum olunan və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay azadlıqdan məhrum edilən Nigar Yaqubluya amnistiya aktı şamil edilməyib.

Qaynar.info xəbər verir ki, bu barədə məlumatı AzNews.az-a vəkil Adil İsmayılov verib.

Vəkilin sözlərinə görə, amnistiya aktı cəzanın müddətinə görə şamil edilib. Daha çox cəzasının çəkilməmiş müddəti 1 il olan şəxslər amnistiyadan yararlanıb. 

N.Yaqublunun cəzasının çəkilməmiş hissəsi bir ildən də artıq müddətdə qaldığından onun amnistiyadan yararlanması mümkün olmayıb.

Qaynar.info