Xəbər lenti

“Amrah Bank” 8 milyon manat zərərdə
Ekonomiks12:15 17.07.2018

“Amrah Bank” 8 milyon manat zərərdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Amrah Bank” bu ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb
Qaynarinfo bankın hesabatına istinadən xəbər verir ki, Bank bu ilin I yarısını 8,082 milyon manat xalis zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7dəfə çoxdur.
6 ay ərzində "AmrahBank”ın faiz gəlirləri 3,773 milyon manat, faiz xərcləri 5,614 milyon manat, qeyri-faiz gəlirləri 3,401 milyon manat, qeyri-faiz xərcləri 7,252 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 2,389 milyon manat təşkil edib.
Bu il iyulun 1-nə "AmrahBank”ınaktivləri 196,217 milyon manat olub ki, bu da illik müqayisədə 18,6% azdır. Bunun 90,577 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kreditportfeli 14,5% kiçilib.
Hesabat dövründə "AmrahBank”ın öhdəlikləri 14,6% azalaraq161,793 milyon manata düşüb. Bunun 148,429 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozitportfeli 10,8% böyüyüb.
İl ərzində "AmrahBank”ın balanskapitalı isə 33,2% azalaraq 34,424 milyon manat təşkil edib.