
Türkiyənin Kütahya mahalında dəhşətli hadisə baş verib. Belə ki, ana öz yeni doğulmuş körpəsini diri-diri basdırıb.
Ans press-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kütahyada adı gizli saxlanan 35 yaşlı bir qadının keçən il qeyri-qanuni nigahdan doğulan uşağını boş bir ərazidə 60 sm-lik quyu qazaraq basdırdığı iddia olunur.
Polisə verilən xəbərdən sonra onlar dərhal uşağın basdırıldığı əraziyə gələrək oranı qazıblar.
Burada uşaq cəsədi tapan polislər həmin qadını dərhal nəzarət altına alıblar. Tibbi ekspertizadan sonra uşağın ölüm səbəbi müəyyən olunacaq.
Qaynar.info