Xəbər lenti

Anar İsa Hüseynova niyə baş çəkmədi?
Ölkə17:11 22.11.2013

Anar İsa Hüseynova niyə baş çəkmədi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın tanınmış qələm sahiblərindən olan xalq yazıçısı İsa Hüseynov və Zöhrab Tahir xeyli zamandır yataq xəstəsidir. 

Dünən Yazıçılar Birliyinin sədri Anar bir neçə yazıçı ilə Zöhrab Tahiri evində ziyarətə getdi. 

Bəs İsa Hüseynov? 

Xalq şairi İsa Hüseynovun həyat yoldaşı Firuzə Hüseynova AzNews.az-a açıqlamasında bildirdi ki, həyat yoldaşına baş çəkən yoxdur: 

“Anar müəllim İsaya bircə dəfə zəng edib. Onu da İsa hələ rayonda ağır vəziyyətdə olanda. Ondan sonra nə Anar müəllimin səsini eşitdik, nə də özünü gördük. Qohum, tanışlardan savayı bir kəs qapımızdan girməyib. Hələ qələm dostları, heç birini görmədim. Elə zəmanəyə gəlmişik ki, kiminsə kimdənsə inciməyə də haqqı yoxdur. Hər kəs başını güclə hərləyir. Bəlkə, Anar müəllimin heç vaxtı yoxdur, yəqin, biz də yada düşərik”. /aznews.az/