Ölkə 17:35 20.10.2022

Anar Kərimovdan yeni təyinat (FOTO)

Anar Nəriman oğlu Kəkəyev Qəni Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzinə direktor təyin olunub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Anar Kəkəyev bundan əvvəl Lənkəran Regional Mədəniyyət İdarəsində məsləhətçi vəzifəsində çalışıb.

O, 2011-2022-ci illərdə regional televiziyada menecer vəzifəsində işləyib. Eyni zamanda 2021-2022 - ci illərdə Lənkəran şəhər 3 saylı Folklor evinin direktoru olub.