Xəbər lenti

Anar Məmmədlinin vəkilindən açıqlama
Ölkə10:56 15.01.2014

Anar Məmmədlinin vəkilindən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı İstintaq Təcridxanasında saxlanan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bir neçə qəzetə abunə yazılıb.

Vəkil Elçin Sadıqov “Media forum” saytına bildirib ki, Anar Məmmədli ilə yanvarın 11-də görüşüb: “Qəzetlər ona yanvarın 14-də verilməli idi. Çatdırılıb-çatdırılmadığı ilə bağlı dəqiq məlumatım yoxdur. Anar Məmmədli günü kitab oxumaq və öz müdafiəsinə hazırlaşmaqla keçirir. Dünən ondan ekspertizaya təqdim etmək üçün imza nümunələri götürüblər. Ailəsi ilə görüş üçün müraciət etmişik”.

Vəkil Anar Məmmədlinin həbsindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsinin hazırlandığını da əlavə edib. Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Qaynar.info