Xəbər lenti

Anar Məmmədliyə məhkəmədə vəkillərin yanında oturmağa icazə verilib
Siyasət07:51 21.04.2014

Anar Məmmədliyə məhkəmədə vəkillərin yanında oturmağa icazə verilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İşə hakim Rauf Əliyev baxır. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, prosesi izləmək üçün AB, ABŞ, B. Britaniya və Niderlandın Bakıdakı səfirliklərindən nümayəndələr, həmçinin hüquq müdafiəçiləri gəlib.
A. Məmmədlinin vəkili baxış iclası zamanı onun barmaqlıqlar arasından çıxarılması, vəkillərinin yanında oturması barədə vəsatət qaldırıb, vəsatət təmin olunub. Vəkillərin prosesdə jurnalistlərə çəkiliş aparılmasına şərait yaradılması, cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri isə təmin olunmayıb.
Baxış iclası aprelin 28-nə təyin edilib.
Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib. Martın 19-da ibtidai istintaq başa çatıb. A.Məmmədli və digər iki fəala qarşı CM-in 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Beynəlxalq hüquq-müdafiə təşkilatı Amnesty International Anar Məmmədlini «vicdan məhbusu» sayır.
Müdafiə tərəfi bildirir ki, Anar Məmmədlinin həbsinin əsl səbəbi ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqini aparmasıdır.
Qaynar.info