Xəbər lenti

Ani Badalyan: "Bakıya təqdim olunan təkliflər yeni sülh müqaviləsi layihəsi deyil"
Siyasət14:52 25.08.2023

Ani Badalyan: "Bakıya təqdim olunan təkliflər yeni sülh müqaviləsi layihəsi deyil"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İrəvan sülh müqaviləsinin artıq müzakirə olunmuş variantı çərçivəsində Bakıya təkliflər təqdim edib".
Qaynarinfo xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Pastinfo"ya deyib.
"Bu, yeni sülh müqaviləsi layihəsi deyil, müqavilənin müzakirə olunmuş variantı çərçivəsində yeni təkliflərdir", deyə Badalyan bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl bildirib ki, İrəvan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketini Bakıya təhvil verib.
Aydın