Xəbər lenti

Ankaradan Moskvaya çağırış: "Buna son qoyun"
Siyasət18:10 18.02.2021

Ankaradan Moskvaya çağırış: "Buna son qoyun"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın qanunsuz şəkildə ilhaq edilmiş Krım bölgəsindəki son olaylara münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, XİN-in verdiyi açıqlamada dünən Krımda tatar türklərinin evlərin edilən basqınlar və həbslərdən narahatlıq ifadə edilib.
"Dünən səhər saatlarında Krımda soydaş tatar türklərinin evlərinə edilən basqınları və həbsləri təşvişlə qarşılayırıq”, - açıqlamada qeyd olunub.
XİN Rusiyaya çağırış edərək, bu kimi addımlara son qoymasını istəyib:
"Krım Yarımadasının əsl sakinləri olan tatarlarına qarşı bu kimi addımların atılmasına son qoymağa çağırıq. Krımın qeyri-qanuni ilhaqını tanımayan Türkiyə Krım tatarlarının yanında dayanmağa davam edəcək”.
Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Krımda bir qrup tatar türkünün evinə basqın edərək, 6 nəfəri həbs edib.  /Teleqraf