Xəbər lenti

ANS 14 saytı məhkəməyə verdi
Ölkə14:00 20.01.2014

ANS 14 saytı məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yalan məlumat yayan portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcək
ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı üçün məhkəmə verdiyi sayt və portalların sayı artıb.
ANS MYMŞ-nın Hüquq Departamentindən verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə, məhkəmədə cavab verəcək portalların siyahısına aşağıdakılar da əlavə edilib:
dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az.
Qeyd edək ki, daha öncə məhkəmə verilən sayt və portallar bunlar idi - aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az.
Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər. 
Qaynar.info