Xəbər lenti

AŞPA Rusiya rejimini terrorçu kimi tanıyan qətnamə qəbul etdi
Siyasət15:49 13.10.2022

AŞPA Rusiya rejimini terrorçu kimi tanıyan qətnamə qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Şurası Parlament Assambleyası Ukraynanı dəstəkləyən və Rusiya rejimini terrorçu kimi tanıyan qətnamə qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "NV.UA” xəbər portal Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonun Telegram kanalına istinadən məlumat verib.
Onun sözlərinə görə, 99 nümayəndə qətnamənin lehinə səs verib, bir nəfər bitərəf qalıb ki, bu da tarixi nəticədir.
Deputat qətnamədən ən mühüm məqamları da açıqlayıb:
• Rusiya rejimi terrorçu elan edilib. Qonçarenko qeyd edib ki, bu, qlobal miqyasda güclü siqnaldır və bu, Rusiyanın terrorizmin sponsoru kimi tanınması üçün növbəti addımdır.
• Avropa Şurası tarixdə ilk dəfə olaraq silahların verilməli olduğunu bəyan edib. Söhbət mülki əhalinin müdafiəsi üçün hava hücumundan müdafiə sistemlərindən gedir.
• Qeyd olunur ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasında qalması qanunsuzdur.
• Qətnamə beynəlxalq tribunalın tezliklə yaradılmasını dəstəkləyir.
Nizami Bağırov