Xəbər lenti

Apellyasiya Məhkəməsinin sədri vəfat etdi
Ölkə06:29 01.08.2015

Apellyasiya Məhkəməsinin sədri vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda məhkəmə sədri vəfat edib.   

Report-un xəbərinə görə, Gəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov 70 yaşında dünyasını dəyişib.   Qeyd edək ki, R.Məmmədov 1945-ci ildə anadan olub. 1975-ci ildə Kuban Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1969-1975-ci illərdə Jdanov (indiki Beyləqan) Rayon Məhkəməsində məhkəmə iclas katibi, 1974-1975-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsində iclas katibi, 1975-1982-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin Qəbul şöbəsində məsləhətçi, 1982-1984-cü illərdə Ali Məhkəmənin Nəzarət şöbəsində baş məsləhətçi, 1984-1990-cı illərdə Ali Məhkəmənin Ümumiləşdirmə şöbəsinin rəisi, 1990-2000-ci illərdə Bakı Şəhər Məhkəməsinin üzvü, 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi olub.   

2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü idi.   2007-ci ildən dünyasını dəyişənədək Gəncə Apellyasiya Məhkəməsinin sədri olub.   Qeyd edək ki, R.Məmmədov xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Qaynar.info