Xəbər lenti

Texnologiya 18:32 07.04.2023

"Apple" istehsalı Çindən köçürmək üçün yeni ölkələr axtarır - "Bloomberg"

Smartfon istehsalçısı "Apple” Çindən başqa digər ölkələrdə də telefon istehsalının təməlini qoyur.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg məsələ ilə tanış olan mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə, şirkət rəhbərliyi digər ölkələrlə əlaqələr qurur.

"Apple" şirkətinin əməliyyat bölməsinin rəhbərləri əməkdaşlara 2024-cü ildə daha çox yeni məhsul istehsal etməsi üçün əlavə komponentlərin alınmasına və Çindən kənarda istehsal xətlərinin yerləşdirilməsinə diqqət yetirməyi tapşırıblar. Eyni zamanda, şirkət ölkədə geniş spektrdə fəaliyyət göstərməyi planlaşdırır.

"Apple"ın Çin formulu hazırda son dövrlərin ən gərgin anlarını yaşayır. Hələ Kuk Pekində biznes qurarkən belə, Apple rəhbərləri bu ölkədən asılılığı azaltmaq üçün digər ölkələrlə əlaqələri inkişaf etdirmək yönündə çox çalışıblar", - nəşrin mənbələri bildirib. 

Şirkətin istehsalı şaxələndirmək səyləri Trampın prezidentliyi dövründə ABŞ və Çin arasında artan ticarət gərginliyi zamanı aktuallaşıb və pandemiya zamanı daha da güclənib.

Apple-ın səyləri Hindistan (iPhone və aksesuar istehsalı), Vyetnam (AirPods istehsalı və Mac istehsalı), Malayziya (Mac istehsalı) və İrlandiya (iMac montajı) kimi ölkələrə yönəlib.

Şirkət həmçinin TSMC-nin "Apple" cihazları üçün lazım olan yarımkeçiriciləri istehsal etdiyi Tayvana olan asılılığını azaltmağın yollarını araşdırır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->