Xəbər lenti

Aprelin ilk gününə olan hava proqnozu
Ölkə09:18 31.03.2018

Aprelin ilk gününə olan hava proqnozu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumat görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11,  Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. 
Atmosfer  təzyiqi  normadan yuxarı 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz  55-60 faiz  təşkil edəcək. 
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. 
Havanın temperaturunun gecə 3-7, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 3-8  dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.