Xəbər lenti

“Aqrar Sığorta” ilə pis başlayıb - 2,1 milyonluq azalma
Ekonomiks 17:18 26.02.2024

“Aqrar Sığorta” ilə pis başlayıb - 2,1 milyonluq azalma

"Aqrar Sığorta” şirkəti 2024-cü ilə pis başlayıb. Sığorta şirkətinin topladığı sığorta haqqları 2024-cü ilin yanvar ayında 6,9 milyon manat təşkil edib. Bu da illik müqayisədə 23,3% və ya 2,1 milyon manat azdır. 

Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Belə ki, 2023-cü ilin yanvar ayında müştərək sığorta şirkəti 9 milyon manat sığorta haqqı toplaya bilmişdi. 

Bu dövrdə "Aqrar Sığorta” şirkətinin ödənişləri isə 4,6 dəfə və ya 686 min manat artaraq 877 min manata yüksəlib. 2023-cü ilin ilk ayında sığorta şirkəti cəmi 191 min manat ödəniş həyata keçirmişdi.

Sığorta yığımlarının azalması və ödənişlərin kəskin artması "Aqrar Sığorta” şirkətinin zərərliliyini, yəni ödəniş-yığım nisbətini kəskin artırıb. 

2023-cü ilin yanvar ayında sığorta şirkəti topladığı hər 100 manatın 2,1 manatını ödənişə yönəldibsə, bu ilin yanvar ayında bu rəqəm 12,7 manata yüksəlib. 

Xatırladaq ki, «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» 31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti ("Azərbaycan Sənaye Sığorta” ASC, "AzSığorta” ASC, "Bakı Sığorta” ASC, "Xalq Sığorta” ASC, "Qala Sığorta” ASC, "Meqa Sığorta” ASC, "PAŞA Sığorta” ASC) tərəfindən bərabər paylarla təsis edilib. ASC-nin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->