Xəbər lenti

AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır
Ekonomiks 16:37 16.07.2026

AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mebel və avadanlıqların satın alınması ilə bağlı kotirovka sorğusuna yekun vurub.

Qaynarinfo xəbər verir ki, sorğunun qalibi fiziki şəxs Əzizov Əsəd Qacar oğlu seçilib.

AQTA ilə sahibkar arasında bağlanacaq satınalma müqaviləsinin dəyəri 35 936,9 manatdır.

Qurum bu məbləğə Əsəd Əzizovdan müdir masa dəsti, müdir üçün kreslo, qonaqlar üçün kreslolar, təlim otağı üçün kreslolar, metal dolab, qəbul otağı üçün kreslo, puf, 6 metrlik bayraq dirəyi, nərdivan, daxili istifadə üçün xrom bayraq dirəyi, resepşn masası, mühafizə masası və müxtəlif təyinatlı dolablar satın alacaq.

Əsəd Əzizov Masallı Şəhər Bələdiyyəsi sədrinin müavinidir. O, bələdiyyə seçkilərində namizəd kimi iştirak edərkən təqdim etdiyi tərcümeyi-halda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərib.

AQTA cari ilin əvvəlində də mebel və avadanlıqların satın alınması ilə bağlı kotirovka sorğusu keçirib. Həmin sorğunun da qalibi Əsəd Əzizov olub. Sözügedən satınalma üzrə müqavilənin dəyəri 36 367,6 manat təşkil edib.

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->