Xəbər lenti

Aqüero: "Ətrafımda çoxlu monitor olan kiçik bir otaqda qalanda anladım"
İdman12:26 07.02.2022

Aqüero: "Ətrafımda çoxlu monitor olan kiçik bir otaqda qalanda anladım"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Argentina futbolunun məşhur simalarından olan Serxio Aqüero ürək ritm probleminə görə futbolu tərk etmə prosesindən danışıb.
Qaynarinfo xəbər verir ki, ürəyindəki problemlərə görə futbolçu karyerasına son qoymaq məcburiyyətində qalan Aqüero səhhətindəki problemin ciddiliyini necə anladığını açıqlayıb. Karyerasını bitirənə qədər "Barselona"da cəmi 5 dəfə forma geyinən hücumçu bu qərarı verdiyi ilk günlərin çox çətin olduğunu bildirib:
"Ürək ritminin pozulmasına görə meydanda problem yarananda düşündüm ki, bu, ciddi deyil və bir neçə həftədən sonra yenidən qayıdacağam. Xəstəxanaya çatanda ətrafımda çoxlu monitor olan kiçik bir otaqda tək idim. O zaman nəyinsə səhv olduğunu anladım. Xəstəxanada iki gün qaldıqdan sonra əsəbləşməyə başladım. Həkimlər ürək döyüntülərimə daimi nəzarət edə biləcəkləri mikroçipi sinəmə yerləşdirmək üçün kiçik əməliyyat keçirdilər".
Səbuhi Həsənov