Xəbər lenti

Araik Arutyunyan saxlanılaraq Bakıya gətirilir
Siyasət16:25 03.10.2023

Araik Arutyunyan saxlanılaraq Bakıya gətirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş "prezidenti” Araik Arutyunyanı saxlayıblar. O, hazırda Bakıya gətirilir.
Qaynarinfo xəbər verir ki, Araik Arutyunyanı Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb.
Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş "prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Sahakyan (2007-2020), "Daşnakasutyun” partiyasının "Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.