Xəbər lenti

Arayik şərtləri açıqladı: “Ya Bakı ilə dialoqa getməli, ya müharibə etməli, ya da Qarabağdan köçməliyik”
Siyasət10:50 30.08.2023

Arayik şərtləri açıqladı: “Ya Bakı ilə dialoqa getməli, ya müharibə etməli, ya da Qarabağdan köçməliyik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Qarabağdakı separatçılar Arayik Arutyunyanın başçılığı ilə iclas keçiriblər. 
Jamaz.info xəbər verir ki, yığıncaq 6 saat davam edib.
Gələn məlumatlarda deyilir ki, həmin toplantıda Qarabağ separatçılarına rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyan, həmçinin "təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Samvel Babayan da iştirak ediblər. Bundan başqa, orada Hayk Xanumyan, anti-Rusiya yönümlü Artur Osipyan və Tiqran Petrosyan da olub.
"Hraparak” yazır ki, Arayik Arutyunyan bildirib ki, yaranmış vəziyyətdən çıxmaq üçün konsensus qərarı qəbul etmək üçün sessiyaya çağırıb. "O naəlac qaldıqlarını, çıxılmaz vəziyyətdə olduqlarını bildirdikdən sonra bir neçə yol təklif edib. Onlardan biri Bakı ilə Xankəndi arasında birbaşa dialoqun başladılmasıdır. Arutyunyan deyib ki, beynəlxalq təminatlar əhəmiyyətsizdir. O dolayısı ilə deyib ki, Ağdam vasitəsilə Azərbaycandan yüklərin gətirilməsinə razılaşmaq lazımdır”.
Arayikin təklif etdiyi digər yollar isə müharibəyə başlamaqdan ibarət olub: "Lakin o, bunun kütləvi qırğınla nəticələnəcəyini qeyd edib. Üçüncü yol isə əhalinin Qarabağdan kütləvi şəkildən çıxarılması olub”.
Erməni nəşri iclasda gedən müzakirələrə istinadən onu da bildirib ki, Arayik Arutyunyan "daha gözləyəcək yerləri yoxdur” deyib. "Qarabağ öz problemləri ilə baş-başa qalıb, özümüz qərar verməliyik. O, eyham vurub ki, ruslardan da heç bir gözlənti olmamalıdır. Onun bu fikirlərini Tiqran Petrosyan, Artur Osipyan qəbul ediblər”.
Qəzet bildirir ki, Arutyunyanın fikirlərinə Bako Saakyan və Arkadi Qukasyan etiraz ediblər: "Onlar təklif ediblər ki, belə qərarlar zallarda qəbul oluna bilməz. Bunun üçün Qarabağda yaşayan ermənilərin fikrini öyrənmək lazımdır. Həmçinin onlar bildiriblər ki, məhz Qarabağ erməniləri bu danışıqları aparmaq və qərarları verməyi kimə həvalə edəcəyi məsuliyyətini üzərlərinə götürməlidirlər”.
Maraqlı məqamlardan biri də Saakyanın Arutyunyana verdiyi sualla bağlıldır. Belə ki, Saakyan sual verib ki, Ermənistan baş verənlərə hansı münasibət bəsləyir. "Harutyunyan onun sualına cavab olaraq bildirib ki, İrəvan hökuməti "biz heç nə edə bilmərik, get problemlərini özün həll et” cavabını verib”.