
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Milli Şura ideyasının Azərbaycanın siyasi səhnəsində səsləndirilən cəfəng fikirlərdən biri olduğunu deyib: "Bizdə siyasətçilər var ki, seçki illərində göstərmək istəyirlər ki, biz də varıq. Hər dəfə bir fikir irəli sürürlər, gah İctimai Palata yaradırlar, gah Milli Şura yaradırlar, bəziləri deyir ki, gəlin müxalifətdən kimin namizəd olması üçün praymers keçirək".
Onun fikrincə, bu cür cəfəng fikirlər Azərbaycan siyasi səhnəsində tez-tez səslənir və Milli Şura təşəbbüsü də elə onlardan biridir.
Partiya sədri hesab edir ki, Milli Şura ideyası ölü doğulmuş uşaqdır, ayaq açıb gəzməyəcək və bunun cəmiyyətdə də heç bir nüfuzu olmayacaq. "Yəni, "sıfır üstəgəl sıfır üstəgəl sıfır", nə alınacaq?".(Trend)
Qaynar.info