Araz üzərindəki körpünün tikintisi nə vaxt bitəcək? (VİDEO)
Araz çayı üzərində inşa olunan Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi mart ayına qədər tamamlana bilər.
Azərbaycana səfərə gələn İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə jurnalistlərlə açıqlamasında bildirıb ki, körpünün tikintisinin Novruz bayramına qədər tamamlanması planlaşdırılıb.
İqtisadçı Eldəniz Əmirov sözlərinə görə, Ağbənd-Kəlalə körpüsü Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Araz dəhlizi-nin ən mühüm halqasıdır. Körpü həm də regional nəqliyyat xəritəsində mühüm rol oynayır.
Eldəniz Əmirov bildirib ki, körpü Şərqi Zəngəzur iqtisadi rayonunun xarici bazarlara çıxışını asanlaşdırır. Bununla yanaşı, məsafənin hesablanacağı nöqtədən asılı olaraq 60-100 km-ə qədər qısalması kənd təsərrüfatı və gündəlik istehlak mallarının qiymətini də ucuzlaşdıra bilər.
İqtsadçı bildirib ki, körpü Orta Dəhlizin bir qolu olaraq Çindən Avropaya gedən yüklərin daşınmasında yeni bir qapı açır. Azərbaycanın öz eksklavı ilə birbaşa, kəsintisiz və təhlükəsiz quru əlaqəsini təmin edir. Yolların dördzolaqlı olması isə böyük həcmli beynəlxalq daşımaların sürətli və effektiv idarə olunmasına imkan verir.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər