Xəbər lenti

ARB TV-nin yayımı növbəti dəfə dayandırıldı (FOTO)
Ölkə12:54 18.05.2020

ARB TV-nin yayımı növbəti dəfə dayandırıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Televiziya və Radio Yayım Şurası ARB kanalını növbəti dəfə cəzalandırıb.
Qaynarinfo xəbər verir ki, bu dəfə kanalın yayımı 16:00-dan 17:00-a qədər dayandırılıb. Buna səbəb 9 may 2020-ci il tarixdə yayımlanan "Bakıda küləklər əsir" bədii filminin nümayişi zamanı tütün məmulatlarından (siqaretdən) istifadə səhnəsinin aşkar şəkildə yayımlanması olub.
Beləliklə, kanalın "Televiziya və Radio Yayımı Haqqında" Azərbaycan Respublikası Qanununun 40.2.2-1-ci maddəsinin tələblərini pozduğu qeyd olunub və tənzimləyici qurumun "Televiziya və Radio Yayımı Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsininə əsaslanaraq 13 may 2020-ci il tarixli 7.3 nömrəli qərarı ilə ARB Televiziya kanalının yayımı 18 may 2020-ci il tarixində saat 16.00-dan 17.00-dək 1 (bir) saatlıq dayandırılıb.
Qeyd edək ki, ARB TV bundan öncə də cəzalandırılmış, kanalın yayımı "Elgizlə izlə" proqramında işlənən qeyri-etik ifadəyə görə 6 saatlıq dayandırılmışdı.
Camal