Xəbər lenti

Ekonomiks 20:05 02.08.2023

"Arçelik"in rəsmi nümayəndəsi məhkəməyə niyə verilib? (FOTO)

"Arçelik” mağazalar şəbəkəsinin rəsmi nümayəndəsi kimi "Ultratek” MMC istehlakçının mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulmasına görə məhkəməlik olub.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 453 maddəsi ilə protokol irəli sürülüb.

Sözügedən maddəyə əsasən, şirkət istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə 200 manat məbləğində cərimə edilir.

İşə Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Üzeyir Baxşəliyev olsa da, baş icraçı direktoru Pərviz Əliyevdir.

Üzeyir Baxşəliyev


Pərviz Əliyev

 
Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->