Xəbər lenti

Arda Turan Ronaldo və Beyli geridə qoydu
İdman13:48 16.04.2015

Arda Turan Ronaldo və Beyli geridə qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda keçirilən "Atletiko" - "Real" derbisində (0:0) meydanda ən çox qaçan futbolçu bəlli olub.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Atletiko"nun yarımmüdafiəçisi Arda Turan bu göstəricidə hər kəsi qabaqlayıb.

Meydanda 11,353 km qaçan türkiyəli futbolçu Kriştiano Ronaldo, Kərim Benzema və Qaret Beyl kimi oyunçuları geridə qoyub. "Atletiko"dan Qabi (11,230 km) ikinci, "Real"dan Xames Rodriqes (10,736 km) üçüncü olub.  

Qeyd edək ki, Madrid derbisində "Atletiko"lu futbolçuların "Real"ın oyunçularından 7 km çox qaçdığı müəyyənləşib. 

Qaynar.info