Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Argentinanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.
Görüşdə Azərbaycan-Argentina münasibətləri, parlamentlərarası əlaqələr, ölkəmizdəki və regiondakı ictimai-siyasi vəziyyət müzakirə edilib. Asim Mollazadə qonağa partiyanın siyasi və parlament fəaliyyəti barədə ətraflı məlumat verib.