Xəbər lenti

Arif Əliyev: "Qarabağda hərbi hissə saxlayan Rusiyadır”
Siyasət08:31 26.07.2023

Arif Əliyev: "Qarabağda hərbi hissə saxlayan Rusiyadır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada keçirilən görüşündən sonra verdiyi açıqlamada bildirib ki, Kreml münaqişə tərəflərinin vasitəçilərin köməyindən yararlanmaqda maraqlı olduğunu anlayışla qarşılayır:
"Bakı və İrəvan arasında razılaşmanın əldə olunmasına səmimi şəkildə kömək etməkdə maraqlı olanların istəklərini alqışlayırıq. Amma erməni və Azərbaycan xalqlarının mənafelərindən çıxış etmədən, geosiyasi və daxili siyasi mülahizələrə söykənməklə, bu və ya digər razılaşmaları süni şəkildə məcburetmə cəhdləri olmamalıdır”. 
Qeyd edək ki, buna qədər Kreml Brüssel və Vaşinqtonun timsalında digər vasitəçilərin prosesdə iştirakını ümumiyyətlə həzm edə bilmirdi. Hər dəfə Vaşinqton və Brüsseldə görüş keçirilən ərəfədə Rusiya rəsmiləri çalışıb ki, həmin görüşləri və əldə edilən nəticələri aşağılasınlar. Amma indi Lavrovun timsalında Rusiyanın həmin məsələdə bir qədər yumşaldığı hiss olunur. 
Bu belədir, yoxsa, Rusiya XİN rəhbərinin belə açıqlamalar səsləndirməkdə başqa məqsədləri var? 
Siyasi şərhçi Arif Əliyev Qaynarinfo-ya açıqlamasında bildirirb ki, Moskva istənilən halda prosesdən kənar qala biləcəyindən ehtiyyat etdiyindən reallıqlarla barışmaq məcburiyyətindədir:
"Rusiya bəzi hallarda Azərbaycan-Ermənistan danışıqlarının kənar formatlarda baş verməsinə qıcıqlansa da, digər hallarda buna dəstək verdiyini də bildirib. Sadəcə, Rusiya həmişə təkrar edir ki, bu görüşlərin kemirilmə məkanından asılı olmayaraq, özündən əvvəlkiləri inkar etməməli və üçtərəfli bəyanatın prinsipləri əsasında qurulmalıdır. Digər tərəfdən də, Rusiya görür ki, göstərdiyi təzyiqlərə rəğmən Azərbaycan və Ermənistan Brüssel və Vaşinqton formatında gedən danışıqlardan da imtina etməyə hazırlaşmır. Rusiya reallıqlarla barışmalı olur. Moskva istənilən halda prosesdən kənar qala biləcəyindən qorxur. Qorxur ki, özünün tam hazır olmadığı bir vəziyyətdə, ya Brüssel, ya Vaşinqton, ya da Tiflisdə hansısa bir müqavilə imzalana və nəticədə Rusiyanın prosesə təsir imkanları məhdudlaşa bilər. Amma Rusiyanın bu qorxusunun o qədər də güclü olduğunu da düşünmürəm. Çünki Rusiyanın Cənubi Qafqazda hərbi gücü var. Qarabağda hərbi hissə saxlayan da Rusiyadır. Hər halda situasiyadan asılı olaraq Rusiya müxtəlif tezislərdən çıxış edir. Bütün hallarda Rusiyanın mövqeyində böyük bir dəyişiklik gözləmirəm”. 
Rüfət Sultan