Xəbər lenti

Arif Əsədov rəsmən "Neftçi"də - FOTOLAR
İdman08:47 04.09.2014

Arif Əsədov rəsmən "Neftçi"də - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi"nin yeni baş məşqçisi rəsmən müəyyənləşib. "Sport7" xəbər verir ki, klubun rəsmi saytı bu vəzifəyə Arif Əsədovun təyin olunduğunu açıqlayıb.

Onunla 2 illik müqavilə imzalanıb. Elmir Xankişiyev isə köməkçi-məşqçi vəzifəsinə təyin edilib.

Bu gün “Neftçi”nin prezidenti Sadıq Sadıqov Arif Əsədovu məşqçi və futbolçu heyətinə təqdim edib.

Klub prezidenti ona yeni işində uğurlar arzulayıb.


ƏSƏDOV VƏD VERDİ



"Neftçi"nin yeni baş məşqçisi Arif Əsədov təyinatı ilə bağlı fikirlərini bölüşüb:

"İlk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm ki, məni yenidən “Neftçi”yə dəvət etdi. Bu komanda həmişə mənim üçün doğma olub. Həm futbolçu, həm də məşqçi kimi “Neftçi”də püxtələşmişəm. Bu komandanın hər zaman yüksək yerlər uğrunda mübarizə apardığını bilirəm. Bu komandada çempionluq sevinci yaşamışam. Çalışacağıq ki, “Neftçi”nin ötən mövsüm çempionatdakı uğursuzluğunu unutduraq”.

Qaynar.info