Xəbər lenti

Arif Hacılı mətbuat konfransı keçirəcək
Siyasət15:30 22.06.2015

Arif Hacılı mətbuat konfransı keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. 

Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib. 

Müsavat Partiyasının başqanı Arif Hacılı Brüsseldə Avropa İttifaqının dəvəti ilə “Liberal demokratik perspektivdə Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçirilən müzakirələrdə iştirakı, Avropa və post-sovet məkanının dövlət xadimləri, siyasi partiya rəhbərləri ilə görüşləri barədə məlumat verib. Bu barədə ictimaiyyətə daha ətraflı məlumat vermək məqsədilə 23 iyun 2015-ci il tarixdə saat 1300-da partiyanın mərkəzi qərargahında mətbuat konfransı keçirməsi barədə qərar qəbul edilib. 

Divanda partiyanın Nizamnaməsinə uyğun olaraq Müsavatçı Qadınlar Birliyinin yığıncağının keçirilməsi məqsədilə 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Partiyanın Məclisinin növbəti yığıncağının 4 iyul 2015-ci ildə saat 1100-da partiyanın mərkəzi qərargahında keçirilməsi qərara alınıb. 

Qaynar.info