Bu gün Müsavat Partiyasının qurultayında səsçoxluğu ilə Arıf Hacılı partiyanın yeni sədri seçilib. Qaynar.info-nun verdiyi xəbərə görə, Arif Hacılı rəqibləri Qubad İbadoğlu və Tural Abbaslını üstələyib. Səsvermədə ümumilikdə 450 nəfər iştirak edib. Onlardan 228 nəfəri Arif Hacılıya səs verib. Bülletenlərdən 2-si etibarsız sayılıb.
Digər namizəd Səxavət Əlisoy isə qurultayın gedişində namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürmüşdü.