Xəbər lenti

Arif Hacılı: "Hələ tezdir" - AÇIQLAMA
Siyasət08:18 04.02.2014

Arif Hacılı: "Hələ tezdir" - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər mediada İsa Qəmbər, Pənah Hüseyn, İsgəndər Həmidov koalisiyasının yaranması ilə bağlı xəbərlər yayılıb. 

Sabiq daxili işlər naziri mövzu ilə bağlı açıqlamasında belə bir birliyin yaranmasının mümkün olduğunu deyib. 

Məsələ ilə bağlı Qaynar.info-ya açıqlamasında Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı belə bir birliyin yaranması ilə bağlı hələ ki, heç bir addımın atımadığını bildirib: "İndidən hansısa bir birlik haqda danışmaq tezdir. Çünki 2015-ci ilin Parlament seçkilərinə hələ uzun müddət qalıb. Düşünürəm ki, bu dövr ərzində ölkədə ciddi dəyişikliklərin baş verməsi mümkündür. Ona görə indidən oturub hansısa bir koalisiyanın yaranmasını müzakirə etmək hələ tezdir. Bu istiqamətdə indi işlər aparılmır. Belə bir şey olacaqsa, bu həmin seçkilər ərəfəsində ictimai-siyasi hadisələrlə bağlı olacaq."

Qeyd edək ki, "Yeni Müsavat"ın yazdığına görə, 2015-ci ilin parlament seçkiləri ilə bağlı Əbülfəz Elçibəy iqtidarının ən önəmli üç fiqurunun - sabiq spiker İsa Qəmbər, sabiq baş nazir Pənah Hüseyn və sabiq daxili işlər naziri İsgəndər Həmidovun koalisiyası yaxın zamanlarda siyasi səhnəyə çıxa bilər.

Elkin Xəlilov 

Qaynar.info